Dimitri Peskov bildirir ki, Vladimer Putinlə Stiv Uitkofun söhbətinin təfərrüatları ilə bağlı çoxlu yanlış məlumat dərc olunur və ən yaxşısı birbaşa mənbələrə istinad etməkdir
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya Prezidenti Vladimer Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun söhbətinin təfərrüatları ilə bağlı yayılan məlumatları şərh edib və qeyd edib ki, ən yaxşısı birbaşa mənbələrə istinad etməkdir, çünki çoxlu yalan məlumat yayılır.
“Hazırda çoxlu yanlış məlumat dərc olunur, o cümlədən nüfuzlu nəşrlər tərəfindən də, buna görə də, yalnız birbaşa mənbələrə qulaq asmalısınız” – Peskov qeyd edib.
Bundan əvvəl “Financial Times” mənbələrə istinadən yazırdı ki, Rusiya Prezidenti Vladimer Putin Amerika Birləşmiş Ştatlarına təklif edib ki, Ukraynada döyüş əməliyyatları mövcud cəbhə xətti boyunca dayandırılsın.