Dimitri Peskov bildirir ki, Si Dzinpin mayın 9-da Moskvaya gələcək, Narendra Modi isə təntənəli tədbirlərə qatılmayacaq
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Çin Prezidenti Si Dzinpin mayın 9-da Moskvaya gələcək, Hindistanın Baş naziri Narendra Modi isə təntənəli tədbirlərə qatılmayacaq.
“Çinin liderini gözləyirik. Böyük əhəmiyyət verdiyimiz və hazırlaşdığımız Si Dzinpinin ayrıca səfəri olacaq” – mətbuat katibi qeyd edib.
Həmçinin, Peskov bildirib ki, Hindistanın Baş naziri Narendra Modi mayın 9-da Moskvaya gəlməyəcək, lakin Hindistan təntənəli tədbirlərdə ən yüksək səviyyədə təmsil olunacaq.
“Bayram günlərində müxtəlif regionlardan olan dövlət və çox sayda hökumət başçısı prezident Putinlə birlikdə olacaq. Bu, şübhəsiz, Rusiyanın həqiqətən də təkcə müttəfiqləri deyil, həm də bizim ideologiyamıza ruhən yaxın olan ölkələrə sahib olduğunu göstərir” – Peskov bildirib.