Dimitri Peskov bildirir ki, Rusiya və ABŞ Ukraynadakı vəziyyəti tənzimləmək istəyirlər

14:50, 24.03.2025

 
Rusiya Prezidenti Vladimer Putinin mətbuat katibi Dimitri Peskov bildirir ki, Rusiya və ABŞ Ukraynadakı vəziyyəti tənzimləmək istəyirlər.

Peskovun qeyd etdiyi kimi, tərəflər hələ də bir çox texniki məsələləri həll etməli olacaqlar.

“Görünür, söhbət sülh yolu ilə tənzimləmə istiqamətində irəliləmək istəyindən və hazırlığından gedir. Burada həqiqətən ümumi anlayış mövcuddur. Hazırda Ər-Riyadda bizimlə Amerika nümayəndə heyəti arasında texniki məsələlərin müəyyən hissəsi üzrə danışıqlar gedir. Ümumiyyətlə, əlbətdə, tənzimləmə ilə bağlı hələ çox, olduqca çox fərqli aspektlər üzərində işləmək lazımdır” – Peskov bildirib.

Bundan əlavə, Peskovun qeyd etdiyi kimi, “Qara Dəniz Təşəbbüsü məsələsi və bu təşəbbüsün yenilənməsi ilə bağlı bütün mövzular bu gün gündəmdədir”.

“Bu, ABŞ Prezidenti Donald Trampın təklifi idi və Rusiya Federasiyasının Prezidenti Vladimer Putin buna razılıq verdi. Məhz bu mandatla nümayəndə heyətimiz Ər-Riyada yola düşdü” – Dimitri Peskov qeyd edib.

Oxşar