Dimitri Peskov bildirir ki, Qazaxıstanda baş vermiş təyyarə qəzasının istintaqı başa çatana qədər səbəblər haqda nəsə fərziyyələr qurmaq düzgün deyil
Kremlin mətbuat katibi Dimitri Peskov bildirir ki, Qazaxıstanda baş vermiş təyyarə qəzasının istintaqı başa çatana qədər səbəblər haqda nəsə fərziyyələr qurmaq düzgün deyil. O, bu haqda mediaya açıqlayıb.
“İstintaqın rəylərindən əvvəl nəsə fərziyyələr qurmaq düzgün olmazdı. Biz, əlbətdə bunu etməyəcəyik və heç kim bunu etməməlidir. İstintaqın sonunu gözləməyimiz zəruridir” – Kremlin mətbuat katibi bildirib.
Bakıdan Qroznıya uçan və istiqamətini dəyişən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Aktau Hava Limanının 3 kilometrliyində qəzaya uğrayıb. Göyərtədə 62 sərnişin və beş ekipaj üzvü olub. Təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalanlar arasında iki ekipaj üzvü var.