Dimitri Peskov bildirir ki, Kremlin İran uranının Rusiyada saxlanılması ilə bağlı təklifi qüvvədə qalır
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirir ki, Kremlin İran uranının Rusiyada saxlanılması ilə bağlı təklifi qüvvədə qalır. Bu barədə Peskov brifinqdə deyib.
“Bu təklif danışıqlar masasında qalır. Öz aktuallığını saxlayır. Lakin, əlbətdə, hərbi əməliyyatların başlanmasından sonra vəziyyət ciddi şəkildə mürəkkəbləşib. Biz bilirik ki, hərbi əməliyyatlar ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə dolayı danışıqlar başlamazdan əvvəl başlayıb. Burada Rusiya bu böhranın əsas səbəblərinin aradan qaldırılması, İranın nüvə dosyesinin həlli üçün lazım olan hər şeyi etməyə hazırdır” – Peskov qeyd edib.
Bununla yanaşı, Kremlin mətbuat katibi bildirib ki, Rusiya İsrail və İran arasında münaqişənin tənzimlənməsi üçün zərurət halında vasitəçilik səylərini göstərməyə hazırdır. O qeyd edib ki, Rusiya Prezidenti İsrailin Baş naziri, İran Prezidenti və ABŞ Prezidenti ilə telefon danışığı aparıb.
“Rusiya zərurət halında, vasitəçilik etməyə hazırdır, o cümlədən prezident Putinin prezident Trampla danışıqlar zamanı təqdim etdiyi təkliflər danışıqlar masasında qalır” – Peskov qeyd edib.