Dimitri Peskov bildirir ki, ABŞ tərəfindən Ukraynaya "Tomahawk" qanadlı raketlərinin verilməsinə Moskva müvafiq cavab verəcək
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, ABŞ tərəfindən Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsinə Moskva müvafiq cavab verəcək.
Jurnalistlərin Rusiyanın Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə reaksiyasının necə olacağı ilə bağlı sualına Peskov “müvafiq” deyə cavab verib.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cei Di Vens “Fox News”a müsahibəsində Tramp Administrasiyasının daha sonra Ukraynaya çatdırılması üçün “Tomahawk” raketlərini NATO ölkələrinə verməyi nəzərdən keçirdiyini bildirib. Vens, bu məsələ ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Trampın verəcəyini bildirib.
“Tomahawk” raketləri 2500 kilometr uçuş məsafəsinə malikdir. Kiyev bu raketləri alarsa, Moskva Ukrayna silahları üçün əlçatan məsafədə olacaq.