Dimitri Peskov – “Azadlıq Radiosu Avropa/Azadlıq Radiosu”nun maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın daxili qərarıdır və Rusiyaya həqiqətən də aidiyyatı yoxdur
ABŞ Prezidenti Donald Trampın “Azadlıq Radiosu Avropa/Azadlıq Radiosu”nun maliyyələşdirilməsinin dayandırılması haqda qərarı ABŞ-ın daxili qərarıdır və Rusiyaya həqiqətən də aidiyyatı yoxdur – Moskvada “Azadlıq” radiosunun maliyyələşməsinin dayandırılması məsələsinə belə münasibət bildiriblər.
“Bu media vasitələri faktiki olaraq Rusiyada populyar və ya tələb olunan deyildi. Beləliklə, bunun həqiqətən bizə aidiyyatı yoxdur. Bu, ABŞ administrasiyasının daxili qərarıdır” – Kremlin sözçüsü Dimitri Peskov jurnalistlərə deyib.
Ötən ilin fevralında Rusiya “Azadlıq” radiosunu “arzuolunmaz təşkilat” olaraq tanıdı. Bu, faktiki olaraq təşkilatı qadağan edən və onlarla əlaqə saxlayan hər kəsə problemlər yaradan bir addım idi.