Dimitri Peskov - Avropa İttifaqının ölkələrinin hava məkanı Rusiya Federasiyasına qarşı düşmən terror fəaliyyəti üçün istifadə olunarsa, müvafiq tədbirlər görəcəyik
Avropa İttifaqının ölkələri həqiqətən hava məkanını Rusiyaya dronlarla hücumlar üçün açarsa, Moskva tədbirlər görəcək – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
Peskov bildirib ki, rus hərbçilər vəziyyəti diqqətlə izləyir, təhlil edirlər və müvafiq təkliflər hazırlayırlar.
“Biz həqiqətən inanırıq ki, əgər hava məkanı Rusiya Federasiyasına qarşı düşmən terror fəaliyyətləri üçün istifadə olunarsa, bu, bizi müvafiq nəticələr çıxarmağa və müvafiq tədbirlər görməyə məcbur edir” – Dimitri Peskov Kremlin Rusiyaya hücumlar üçün Avropa İttifaqının ölkələrinin hava məkanından mümkün istifadəni necə qiymətləndirdiyinə dair suala cavab olaraq deyib.