Dimitri Peskov - Avqustun sonuna qədər Vladimer Putin və Volodimir Zelenskinin görüşünün ehtimalı azdır
Avqustun sonuna qədər Vladimer Putin və Volodimir Zelenskinin görüşünün ehtimalı azdır – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov jurnalistlərə deyib.
“Belə çətin prosesdən 30 gündə keçmək mümkündürmü? Aydındır ki, ehtimal azdır” – Peskov qeyd edib.
Rusiya Prezidentinin nümayəndəsinin qeyd etdiyi kimi, Rusiya və Ukrayna arasında ən yüksək səviyyəli görüş əldə olunmuş bütün razılaşmaları müəyyən etməlidir.
“Yüksək səviyyəli görüş nizamlanma ilə bağlı yekun nöqtəni qoymalı və ekspert işi zamanı hazırlanmalı olan mexanizmləri və razılaşmaları müəyyən etməlidir. Əksini etmək imkansızdır” – Kremlin mətbuat katibi qeyd edib.
Peskovun bəyanatına əsasən, Rusiyanın mövqeyi Ukrayna tərəfinə təhvil verilən memorandum layihəsində təqdim olunub. Onun qiymətləndirməsinə əsasən, hazırda nizamlanma memorandumunun layihələri diametral şəkildə ziddiyyətlidir və tərəflərin çoxlu işi var.
Məlumat üçün bildirək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və Ukraynanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin rəhbəri Rustem Umerov iyulun 23-də İstanbulda keçirilən danışıqlar zamanı Ukraynanın Rusiyaya avqustun sonuna qədər Vladimer Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif etdiyini bildirib.