Dimitri Peskov – ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb və hətta bunun əksini demək olar
Rusiya hakimiyyəti ABŞ-ı Cənubi Qafqazda sabitliyi pozmaqda günahlandırır. Rusiya Prezidenti Administrasiyasının sözçüsü Dimitri Peskov Vaşinqtonun yeni ölkələri öz sıralarına çəkməyə çalışdığını bildirib.
Ermənistan və ABŞ-ın strateji tərəfdaşlıq sazişi imzalamaq planından danışarkən Kremlin sözçüsü qeyd edib ki, “ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb və hətta bunun əksini demək olar”.
Peskov Ermənistanın Rusiya Federasiyası ilə münasibətləri çərçivəsində qazandığı mühüm dividendləri qeyd edib.
“İkitərəfli aspektlərdən başqa, bizim üçün əlbəttə, inteqrasiya prosesləri çərçivəsində əlaqələrimizin aspektləri çox vacibdir, Avrasiya İqtisadi İttifaqı onların arasındadır. Bütün bunlar birlikdə Ermənistan və onun xalqına əhəmiyyətli dividendlər qazandıran əməkdaşlıqdır” – Dimitri Peskov bildirib.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyində bu gün Amerika Birləşmiş Ştatları və Ermənistanın strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağını bildiriblər.