Dimitri Peskov - Abxaziyada seçki prosesinin hüquqi çərçivədə başa çatması bizim üçün vacibdir, vəziyyətin sabit olmasını dəstəkləyirik
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun bəyanatına əsasən, “Rusiya Abxaziyada sabitlik istəyir”.
Peskov Rusiya tərəfindən işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkilərinə münasibət bildirib.
“Seçki prosesinin hüquqi çərçivədə başa çatması bizim üçün vacibdir. Bu, bizim üçün yaxın ərazidir, bizi sıx əməkdaşlıq əlaqələri birləşdirir. Ona görə də biz Abxaziyada vəziyyətin sabit olmasını dəstəkləyirik” – Kremlin nümayəndəsi bildirib.