Dimitri Medvedev - Mən yalnız bir həqiqətən pis şeyi bilirəm - III Dünya Müharibəsi, Trampın bunu başa düşdüyünə ümid edirəm
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev Vladimer Putini tənqid edən ABŞ Prezidenti Donald Trampa cavab verib.
“Trampın Putinin “odla oynaması” və Rusiyanın başına “çox pis” hadisələr gəlməsi ilə bağlı sözlərinə gəlincə, mən yalnız bir həqiqətən pis şeyi bilirəm – III Dünya Müharibəsi. Trampın bunu başa düşdüyünə ümid edirəm!” – Medvedev yazır.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Vladimer Putinin odla oynadığını yazmışdı. “Vladimer Putin başa düşmür ki, mən olmasaydım, Rusiyanın başına artıq çox pis hadisələr gəlmiş olacaqdı, çox pis şeyi nəzərdə tuturam. O, odla oynayır” – Donald Tramp yazır.