Dimitri Medvedev – Donald Trampın Moskvaya qarşı irəli sürdüyü hər yeni ultimatum müharibəyə doğru atılan addımdır

22:43, 28.07.2025

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib ki, ABŞ Prezidenti Donald Trampın Moskvaya qarşı irəli sürdüyü hər yeni ultimatum müharibəyə doğru atılan addımdır.

Bu barədə Medvedev X sosial şəbəkəsində yazır.

“Tramp Rusiya ilə ultimatumlar oyunu oynayır: 50 gün və ya 10. O, iki şeyi yadda saxlamalıdır: 1) Rusiya İsrail və ya İran deyil. 2) Hər yeni ultimatum təhdid və müharibəyə doğru atılan addımdır. Rusiya ilə Ukrayna arasında deyil, onun ölkəsi ilə. Uyuyan Conun yolu ilə getməyin” – Dimitri Medvedev yazır.

Oxşar