Dimitri Medvedev bildirir ki, Rusiya Avropada dondurulmuş aktivlərini "torpaqla qaytaracaq"
Dimitri Medvedev bildirir ki, Rusiya Avropada dondurulmuş aktivlərini "torpaqla qaytaracaq"

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dimitri Medvedev bildirir ki, Rusiya Avropada dondurulmuş aktivlərini “torpaqla qaytaracaq”.

Bununla yanaşı, Medvedev bildirib ki, o, Donbası nəzərdə tutmur, çünki onun fikrincə, bu torpaq onsuz da Rusiyaya məxsusdur.

“Bizim aktivləri geri qaytarmaq üçün yalnız bir yolumuz var. Zəbt olunmuşu təbii formada geri qaytaraq. Yəni, “Ukrayna torpağı” və bu torpaqda yerləşən digər daşınan və daşınmaz əmlakla” – Medvedev “Telegram” kanalında yazır.

Medvedev, Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələrinə bir milyard funt sterlinq həcmində yardımı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən verməsi ilə bağlı məlumata bu şəkildə münasibət bildirib.

Sabiq Rusiya Prezidentinin qiymətləndirməsinə görə, bu o deməkdir ki, “Britaniyalı oğrular Rusiyanın pulunu neonasistlərə veriblər”. Medvedev bildirib ki, Böyük Britaniya bunun əvəzini “Britaniya tacının daş-qaşı” ilə ödəməli olacaq.

“Rusiyanın vəsaitlərinin və ya onlardan əldə edilən gəlirlərin qanunsuz ələ keçirilməsi əlavə ərazilərə və ya ölkə 404-ün digər əmlakına çevrilməlidir. Yaxud Britaniya tacının daş-qaşını götürməklə. Bu daş-qaşlar müxtəlif yerlərdə, o cümlədən Rusiyada da kifayət qədərdir” – Medvedev yazır.