Dimitri Kumsişvili və Zurab Alavidze baş prokurorluqda sorğulandılar
Sabiq İqtisadiyyat Naziri Dimitri Kumsişvili və İnfrastruktur Naziri Zurab Alavidze Baş Prokurorluqda sorğulandılar.
Birinci Kanala Baş Prokurorluqdan bildirdilər ki, Alavidze və Kumsişvili idarə etdikləri nazirliklərin əməkdaşlarının böyük miqdarda büdcə vəsaitlərinin qeyri-məqsədli xərcləməsi ilə bağlı sorğulandılar.
Baş Prokurorluq qeyd olunan nazirliklərdə istintaq aparır və istintaq nəticələri mütləq ictimaiyyətə bildiriləcək.