Dimitri Kumsişvili - ikinci müzakirəsinin uğurla sona yetməsi təsdiq edir ki, BVF Gürcüstan hökumətinin iqtisadi siyasətini dəstəkləyir
Dimitri Kumsişvili - ikinci müzakirəsinin uğurla sona yetməsi təsdiq edir ki, BVF Gürcüstan hökumətinin iqtisadi siyasətini dəstəkləyir

Beynəlxalq Valyuta Fondu iqtisadi islahatların həyata keçirilməsini uğurlu dəyərləndirir, – bu barədə Birinci Baş nazir müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili Beynəlxalq Valyuta Fondunun “Genişləndirilmiş Maliyyə Mexanizmi” (EFF) proqramının ikinci müzakirəsinin sona yetməsi ilə bağlı təşkil edilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, 2017-ci ildə Gürcüstanda qeydə alınan və 2018-ci ildə də davam edən iqtisadi artım, onun əsasını verir ki, hökumət tərəfindən götürülən bütün öhdəliklər yerinə yetirilsin və islahatlar implementasiyası istiqaməti ilə uğurlu prosses qorunub saxlanılsın.

Birinci Baş nazir müavini, Beynəlxalq Valyuta Fondu missiyasının üzvlərinə, şəxsən missiyanın rəhbəri Mersedes Vera Martinə göstərilən əməyinə və nail olunan nəticəyə görə minnətdarlığını bildirdi.

Onun dediyinə görə, ikinci müzakirəsinin uğurla sona yetməsi təsdiq edir ki, Beynəlxalq Valyuta Fondu Gürcüstan hökumətinin iqtisadi siyasətini dəstəkləyir

“İkinci müzakirəsinin uğurla sona yetməsi təsdiq edir ki, Beynəlxalq Valyuta Fondu Gürcüstan hökumətinin iqtisadi siyasətini dəstəkləyir. Hökumətin 4 maddəli planı insan resurslarının maksimal şəkildə istifadə olunmasına və əhali üçün effektli servislərin çatdırılmasına doğru yönəldilibdir”, – İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili bəyan etdi.

Gürcüstan Hökuməti Administrasiyasında Beynəlxalq Valyuta Fondu Missiyası ilə yekunlaşdırıcı görüş keçirildi.