Diğomidə Futbol Federasiyasının yeni futbol mərkəzi "Avaza"nın açılışı olub #1TVSPORT
Diğomidə Futbol Federasiyasının yeni futbol mərkəzi "Avaza"nın açılışı olub #1TVSPORT

 

Diğomidə Gürcüstan Futbol Federasiyasının yeni futbol mərkəzi “Avaza”nın açılışı olub. Açılış mərasimində Futbol Federasiyasının rəhbərlərindən başqa, baş nazir İrakli Kobaxidze, prezident Mixeil Ğavelaşvili, Tbilisinin meri Kaxa Kaladze və milli komandanın baş məşqçisi Vili Sanioli olub.

Gürcü futbolunun əfsanəsi Mixeil Mesxi tarixi məktəbin əsasını 1970-ci ildə qoyub. Gürcüstanın müstəqillik dövründə infrastruktur yenilənib, sonra Kutaisinin “Torpedo”sunun keçmiş sahibi olan “Wissol” şirkətinə verilib.

2022-ci ildə Tbilisi Meriyası futbol infrastrukturunu təşkil etmək öhdəliyi ilə idman kompleksini Gürcüstan Futbol Federasiyasına verdi.

“Avaza”da yeni standart və tribunaları olan mini meydançalar təşkil olunub, işıqlandırma sistemi quraşdırılıb, inzibati bina tikilib, soyunma otaqları, duş, hakimlər və həkim otaqları təşkil olunub.

Kompleks Gürcüstan Futbol Federasiyasının, FİFA-nın “FORWARD” proqramı və UEFA-nın “Hattrick” proqramının maliyyəsi ilə həyata keçirilib, baxım və sahiblik edilməsi tam şəkildə Futbol Federasiyası tərəfindən təmin edilir.

Yerli uşaq futbol məktəbləri və qızlardan ibarət komandalar yeni infrastrukturdan pulsuz istifadə edə biləcəklər.

Diğomi massivindən başqa, oxşar infrastruktur layihələri artıq Tbilisinin beş rayonunda (Varketili, Qldani, Didi Diğomi, Vake, Nutsubidze platosunda), həmçinin Poti və Samtrediada həyata keçirilib. Bundan başqa, Gürcüstan Futbol Federasiyasının texniki mərkəzləri Rustavidə, futbol akademiyaları isə Kutaisi, Ruxi, Laqodexi və Qvimbalauridə fəaliyyət göstərir.