Didubedə adsız küçəyə müğənni Batu Kraveişvilinin adı verildi
Didubedə adsız küçəyə müğənni Batu Kraveişvilinin adı verildi

Didube rayonunda, Evqeni Mikeladze və Sandro Axmeteli küçələri yaxınlığında yeləşən adsız küçəyə müğənni Batu Kraveişvilinin adı verildi. Bu barədə sərəncamı Tbilisi Munisipaliteti Sakrebulosu dərc etdirdi.

Sənəddə deyilir ki, Tbilisi Meriyası bu sərəncamın icrası üçün lazımi tədbirləri dörd ay müddətində təmin etməlidir.

Sakrebulonun sərəncamı “matsne.goc.ge”-də bu gün dərc olundu.