Didi Lilo kəndində idman kompleksi tikilib
Didi Lilo kəndində idman kompleksi tikilib

 

Samqori rayonunda, Didi Lilo kəndində idman kompleksi tikilib. Tamamlanmış işlərlə Tbilisi meri Kaxa Kaladze tanış olub.

Kompleksin birinci mərtəbəsində 700 kv.m. sahədə güləş zalı, 200 oturacaq tutumu olan tribunalar, soyunub-geyinmə otaqları və sanitar qovşaq təşkil olunub. Eyni mərtəbədə həkim, hakimlər, təhlükəsizlik və inzibati otaqları yerləşir.

Kompleksin ikinci mərtəbəsi fitness zalına, sanitar qovşaq və soyunub-geyinmə otaqlarına ayrılıb. Zalda həm güləş döşəyi, həm də cüdo tatamisi yerləşdirilə bilər. Binada parkinq sahəsi də mövcuddur.

Layihə Tbilisi Meriyasının Mədəniyyət, Təhsil, İdman və Gənclik İşləri Şəhər Xidməti tərəfindən həyata keçirilib. İşlərin dəyəri 5.8 milyon lari təşkil edib.

Məlumatı Tbilisi Meriyası yayır.