Didi Diğominin əhalisinin bir hissəsi futbol bazasının tikintisinə etiraz edir
Didi Diğominin əhalisinin bir hissəsi futbol bazasının tikintisinə etiraz edir

Didi Diğomi əhalisinin bir hissəsi ikinci mikrorayonun keçmiş istirahət zonasında qapalı stadionun tikintisinin dayandırılması tələbi ilə Parnavaz prospektini bir neçə dəqiqəlik bağladıa.

Aksiya təşkilatçılarının bildirdiyinə görə, “Pesvebi” məktəbinə bitişik ərazidəki istirahət zonasının statusu ləğv edilərək Futbol Federasiyasına verildi və həmin ərazidə qapalı stadionun tikintisinə başlanıld. Stadion idman məktəblərinə xidmət edəcək.

“Qərar verənlərlə görüş tələb edirik, əhali ilə bilavasitə göğrüşsünlər və problemləri bizdən dinləsinlər. Həmçinin stadionun yerinin əvəz olunmasını və tikinti prosesinin yekun qərarın qəbul edilməsinə qədər dayandırılmasını təıləb edirik.

Bu layihələşdirildiyi gündən Didi Diğominin ictimai məkanı idi, bütün əhali tərəfindən istirahət məkanı kimi istifadə edilirdi. Biz dəfələrlə onun abadlaşdırlmasını xahiş etmişik, lakin xahibuna imizə baxmayaraq, sahə Futbol Federasiyasına verildi və yalnız idman məktəblərinə xidmət edəcək və yerli əhali əlçatarlığını itirəcək”,- aksiya təşkilatçısı, Marina Varşalomidze bəyan etdi.

Əhali ərazi üçün rekreasiya funksiyasının bərpasını və ərazidə parkın təşkilini tələb edir.