Gürcüstanın baş naziri Mamuka Baxtadzenin məlumatına görə, Didi Diğomidə baş verən partlayışla bağlı iki nəfər həbs edilib.
Bu barədə bəyanatı Mamuka Baxtadze keçirdiyi brifinqdə verdi.
“Dörd gün öncə başımıza böyük fəlakət gəldi. Qaz sızması nəticəsində yaşayış binası dağıldı və dörd nəfər həlak oldu, onların arasında biri az yaşlı uşaq idi. Həlak olanların yaxınlarına və cəmiyyətimizə bir daha baş sağlığı vermək istəyirəm.
Bir neçə dəqiqə bundan öncə, mənə bildirdilər ki, baş verən hadisə ilə bağlı, aparılan istintaq nəticəsində iki nəfər həbs edilib. İstintaq davam edir.
İctimaiyyətimizi əmin etmək istəyirəm ki, professiyonal fəaliyyətində səhvə yol verməkdə və laqeyidlikdə aşkarlanan hər bir şəxs məsuliyyətə cəlb olunacaq” – dedi Mamuka Baxtadze.
Xatırladaq ki, yanvarın 16-da Tbilisidə, Didi Diğomidə, yaş binasında baş verən partlayış nəticəsində dörd nəfər həlak oldu.