Didi Diğomidə baş verən partlayış nəticəsində xəsarət alan qadın və azyaşlının vəziyyəti ağırdır
Didi Diğomidə baş verən partlayış nəticəsində xəsarət alan qadın və azyaşlının vəziyyəti ağırdır

Didi Diğomidə baş verən partlayış nəticəsində xəsarət alan qadın və azyaşlının vəziyyəti ağırdır. Onlar İaşvili Klinikasına yerləşdiriliblər. Klinikada bəyan etdiklərinə görə, iki yaşına qədər uşaq reanimasiyadadır.

Daha bir xəsarət alan gənc qadın Xeçinaşvili Klinikasına yerləşdirlib. Klinikanın reanimatoloqu, Ketevan Tarqamadzenin bəyan etdiyinə görə, xəsarət alanın vəziyyəti ağırdır.Onu reanimasiyaya yerləşdiriblər.

“Didi Diğomidə baş verən partlayış nəticəsində xəsarət alan gənc qadının vəziyyəti ağırdır. Paiyentin kritik yanıqları var. O, müalicəsini Xeçinaşvili Klinikasının reanimasiya şöbəsində davam etdirir”, – reanimatoloq bəyan etdi.

Didi Diğomidə, Bendukidze qəsəbəsində partlayış bu gün səhər baş verdi. İlkin məlumatla partlayış təbii qazın sızması nəticəsində baş verdi.

Qadın və azyaşlı uşaq xəsarət alıb. Onlar Nigeriya vətəndaşlarıdılar. Partlayış məhz elə onların evində baş verdi. Daha bir insan, onların qonşusu da xəsarət aldı.