Dəyişikliklər layihəsinə əsasən, partiyalar və seçki məqsədi olan şəxslər artıq xarici dəstək ilə mühazirə, seminar və ya digər bənzər ictimai tədbir təşkil edə bilməyəcəklər
“Vətəndaşların siyasi birləşmələri haqqında” qanuna dəyişikliklər edilir, dəyişikliklərə əsasən, siyasi partiyalar və bəyan edilmiş seçki məqsədi olan şəxslər artıq xarici təşkilatların dəstəyi ilə mühazirə, seminar və ya digər bənzər ictimai tədbir təşkil edə bilməyəcəklər.
Müvafiq dəyişikliklərin təşəbbüsü büronun bugünkü iclasında qaldırılıb.
Layihəyə əsasən, beynəlxalq təşkilatların siyasi partiyalar üçün artıq mühazirələr, seminarlar və digər ictimai tədbirlər təşkil etmə imkanı olmayacaq.
Bu gün mövcud qanuna əsasən, siyasi partiyalara mühazirə, seminar və ya oxşar ictimai tədbirin pulsuz təşkili istisna olmaqla, Gürcüstan vətəndaşlığı olmayan fiziki şəxsdən, həmçinin Gürcüstanda və ya Gürcüstanın sərhədlərindən kənarda qeydiyyatdan keçmiş hüquqi şəxsdən və ya şəxslərin digər növ birləşmələrindən ianə almaq qadağandır.
Mövcud qanuna əsasən, qanunla nəzərdə tutulan məhdudiyyətlər beynəlxalq təşkilatlara və o hüquqi şəxslərə şamil edilmir ki, onların məqsədi partiyaların institusional inkişafıdır və bu, hər hansı bir siyasi qüvvənin dəstəklənməsi və ya dəstəklənməməsi ilə əlaqəli deyil.
Dəyişikliklərin təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır.