Dəyişikliklər layihəsinə əsasən, əcnəbi tərəfindən cinayət törədilməsi halında, Gürcüstandan çıxarılma və müəyyən müddət ərzində ölkəyə girişin qadağan olunmasını nəzərdə tutan yeni cəza növü olacaq
Dəyişikliklər layihəsinə əsasən, əcnəbi tərəfindən cinayət törədilməsi halında, Gürcüstandan çıxarılma və müəyyən müddət ərzində ölkəyə girişin qadağan olunmasını nəzərdə tutan yeni cəza növü olacaq

 

Əcnəbi tərəfindən cinayət törədilməsi halında, əcnəbinin Gürcüstandan çıxarılmasını və müəyyən müddət ərzində Gürcüstana girişinin qadağan olunmasını nəzərdə tutan yeni cəza növü olacaq. Müvafiq dəyişikliklər Cinayət Məcəlləsinə daxil edilir, dəyişikliklərin müəllifi Daxili İşlər Nazirliyidir.

Dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan cəza həm əsas, həm də əlavə cəza kimi təyin edilə bilər. Xüsusən, layihəyə əsasən, az ağır cinayət törətməsi halında, əcnəbinin iki ildən on ilədək müddətə Gürcüstana girişinin qadağan olunması tətbiq oluna bilər, ağır və ya xüsusilə ağır cinayət törətməsi halında isə bu müddət beş ildən iyirmi ilə qədər ola bilər.

Yuxarıda qeyd olunanlardan başqa, dəyişikliklərə əsasən, ayrı-ayrı hərəkətlərə görə cinayət məsuliyyəti təyin ediləcək. Xüsusən, cəza olaraq Gürcüstandan çıxarılması və müəyyən müddət ərzində Gürcüstana girişinin qadağan edildiyi və ya barəsində Gürcüstandan çıxarılması ilə bağlı məhkəmə qərarı olan əcnəbi tərəfindən məhkəmə qərarının icrasına maneə olunması, yəni əcnəbi tərəfindən səyahət sənədinin qəsdən məhv edilməsi və ya belə bir sənədin olmaması halında, sənədin əldə edilməsi üçün lazım olan prosedurlardan yayınma və ya məhkəmə qərarının icrasından başqa şəkildə yayınma hallarında, əcnəbi Gürcüstandan çıxarılmaqla və müəyyən müddət ərzində Gürcüstana girişin qadağan edilməsi və ya bir ildən altı ilə qədər azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.