"Dəyişiklik Naminə" Koalisiyasının üzvü Qela Xasaia ilə proses razılaşması imzalanıb
“Dəyişiklik Naminə” Koalisiyasının üzvü Qela Xasaia ilə proses razılaşması imzalanıb.
Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Xasaia irəli sürülən ittihamı etiraf edib.
Proses razılaşmasına əsasən, Xasaia bir ili həbsdə keçirəcək, üç il şərti cəza çəkməli olacaq.
Qela Xasaia qrup halında törədilmiş qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunub. Prokurorluğun versiyasına əsasən, 2025-ci ilin sentyabrın 1-də Tbilisidə Tamar Mepe prospekti yaxınlığındakı ərazidə təqsirləndirilən Qela Xasaia və Vasil Kerdiğoşvili qrup halında Ramaz Çaduneliyə qəsdən xəsarət yetiriblər.