Devid O’Sallivan – Amerikalılarla sanksiyalar mövzusunda hələ danışmamışıq
Amerikalılarla sanksiyalar mövzusunda hələ danışmamışıq – bu haqda sanksiyalar məsələləri üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Devid O’Sallivan “Bloomberg”ə müsahibəsində deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri sanksiyaların yumşaldılması təklifi ilə hələ onlara müraciət etməyiblər.
Rusiyanın Dövlət Aqrar Bankının SWIFT-ə qoşulması da daxil olmaqla, sanksiyaların yüngülləşdirilməsi Kremlin Ukraynada atəşkəsə nail olmaq üçün tələblərindən biridir. Sanksiyaların yüngülləşdirilməsini Avropa İttifaqının bütün üzv ölkələri yekdilliklə dəstəkləməlidirlər. Bir çox avropalı lider bildirib ki, hələ sanksiyaların yüngülləşdirilməsini dəstəkləməyi planlaşdırmır.