Devid Makallister - Gürcüstanda demokratik böhranın dərinləşməsi bizə qonşuluq və genişlənmə siyasətinin aydın, etibarlı və şərtlərə əsaslanan olmasını xatırladır
Avropa Parlamenti Gürcüstanın prodemokratik hərəkatının cəsur nümayəndəsi Mzia Amağlobeliyə Saxarov mükafatını verməklə ehtiramını göstərdi. Gürcülərin öz demokratiyalarını müdafiə etmək üçün mübarizə aparması faktı çox şeydən xəbər verir – bu haqda avropalı parlamentari Devid Makallister Avropa Parlamentinin iclasında Gürcüstanda demokratik böhran mövzusunda debatlar zamanı deyib.
“Ölkə bir vaxtlar Şərq qonşuluq siyasətinin lideri idi. Həmkarlar dövlətin ələ keçirilməsi, vətəndaş cəmiyyətinə qarşı amansız repressiyalar və seçkilərin saxtalaşdırılması ilə xarakterizə olunan demokratik geriləməni artıq qeyd ediblər, bu, hər birimizi narahat etməlidir” – Makallister qeyd edib.
Bununla yanaşı, onun sözlərinə əsasən, “Gürcüstanda demokratik böhranın dərinləşməsi bizə möhkəm qonşuluq və genişlənmə siyasətinin aydın, etibarlı və şərtlərə əsaslanan olmasını xatırladır”.
“Şərq Tərəfdaşlığı daha nikbin dövrdə yaradılıb. O, əlaqəliliyi və islahatları təmin etdi, Ukrayna və Moldovanın aydın Avropa yoluna çıxmasına kömək etdi. Hərçənd, aydındır ki, onun demokratik geriləməni dəf etmək və ya zərərli təsirə reaksiya vermək üçün effektiv vasitələri yoxdur, bunu da təəssüf ki, indi Gürcüstanda görürük. Gürcüstanda demokratik böhranın dərinləşməsi bizə möhkəm qonşuluq və genişlənmə siyasətinin aydın, etibarlı və şərtlərə əsaslanan olmasını, onu sarsıtmağa çalışanlara qarşı durmalı və Avropanı seçən möhtəşəm gürcü xalqını dəstəkləməli olmasını xatırladır” – Devid Makallister bildirib.