Devid Lem – Britaniya ABŞ və Ukrayna tərəfindən iqtisadi tərəfdaşlıq qurmaq məqsədilə atılan addımları alqışlayır
Böyük Britaniyanın xarici işlər naziri ABŞ-Ukrayna arasında faydalı qazıntılar haqqında razılaşmaya münasibət bildirib.
Devid Lem iki ölkə arasında iqtisadi tərəfdaşlığı alqışladığını bildirib.
“Böyük Britaniya ABŞ və Ukrayna tərəfindən iqtisadi tərəfdaşlıq qurmaq məqsədilə atılan addımları alqışlayır. Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. 100 illik tərəfdaşlığımız sayəsində biz hər iki ölkənin gələcək nəsilləri üçün iqtisadi və təhlükəsizlik əlaqələrini dərinləşdiririk” – Lem yazır.
ABŞ və Ukrayna faydalı qazıntılar haqqında razılaşmanı imzalayıblar və investisiya fondunun yaradılması barədə razılığa gəliblər.