Devdoraki dərəsində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb, “Dariali” sərhəd məntəqəsi fəaliyyətini adi rejimdə davam etdirir
Daxili İşlər Nazirliyinin əməkdaşları, Milli Ətraf Mühit Agentliyinin tövsiyəsi əsasında və Devdoraki dərəsində hazırda mövcud olan vəziyyəti nəzərə alaraq, nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyəti aradan qaldırıblar – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Onların məlumatında, həmçinin “Dariali” sərhəd-keçid məntəqəsinin fəaliyyətini adi rejimdə davam etdirdiyi deyilir.
“Devdorakidə quraşdırılmış və çay yatağında axının minimal artması halında dəyişikliyi qeydə alan erkən xəbərdarlıq sistemindən siqnal bildirişi günün birinci yarısında daxil olub.
Protokola uyğun olaraq, “Dariali” sərhəd-keçid məntəqəsindən ərazidə olan vətəndaşların, habelə keçid məntəqəsində çalışan Patrul Polisi, Gömrük Xidməti, Sərhəd Polisi və özəl şirkətin əməkdaşlarının təhlükəsiz yerə təxliyəsi dərhal həyata keçirilib.
Eyni zamanda, profilaktik məqsədlə Qveleti kəndi yaxınlığında hər iki istiqamətdə bütün növ avtonəqliyyat vasitələri üçün hərəkət məhdudlaşdırılıb.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, hazırda Devdoraki dərəsində təhlükə səviyyəsi aradan qalxıb” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.