"Deutsche Welle" - Vaşinqtonda ABŞ Milli Qvardiyası üzərində silah daşımağa başlayıb
"Deutsche Welle" - Vaşinqtonda ABŞ Milli Qvardiyası üzərində silah daşımağa başlayıb

 

Vaşinqtonda ABŞ Milli Qvardiyası üzərində silah daşımağa başlayıb. Bu barədə “Deutsche Welle” yazır.

“2025-ci ilin avqustun 24-də axşam gec saatlardan etibarən Milli Qvardiyanın əsgərləri xidməti silahlarını üzərlərində daşımağa başlayıblar” – birgə işçi qrupunun bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Milli Qvardiyanın güc tətbiq etmək hüququ yalnız “ekstremal və yalnız ölüm və ya bədənə ciddi xəsarət yetirmə ilə bağlı qaçılmaz təhlükə halında” var.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın Vaşinqtona yerləşdirilməsi haqqında avqustun 11-də sərəncam verib.