"Deutsche Welle" - Kölndə aşkarlanmış İkinci Dünya Müharibəsi dövrünə aid bombalara görə şəhərdən 20 000 insan təxliyə edilib
Kölndə aşkarlanmış İkinci Dünya Müharibəsi dövrünə aid bombalara görə şəhərdən 20 000 insan təxliyə edilib. Bu barədə “Deutsche Welle” yazır.
Almaniyanın ən böyük şəhərlərindən biri olan Kölndə İkinci Dünya Müharibəsi dövrünə aid üç bomba aşkar ediblər.
İkisinin çəkisi bir ton, biri isə yarım ton idi. Bombaların zərərsizləşdirilməsi əməliyyatı şəhərdə ən irimiqyaslı əməliyyatlardan biridir. Təhlükəli zonadan 58 mehmanxananın, meriyanın, dəmiryolu vağzalının, muzeylərin, məktəblərin, bir xəstəxananın və iki qocalar evinin əməkdaşları və sakinləri təxliyə olunublar.
“Təxliyə İkinci Dünya Müharibəsinin başa çatmasından sonra ən irimiqyaslı tədbirdir. İştirak edən bütün tərəflər zərərsizləşdirmənin gün ərzində başa çatacağına ümid edirlər” – Köln Meriyasının veb-səhifəsində dərc edilən bəyanatda qeyd olunub.