Deutsche Welle - Kanada "Şimal axını" qaz kəmərinin düzgün işləməsi üçün, Almaniyaya təmir edilmiş turbinini qaytaracaq
“Şimal axını” qaz kəmərinin düzgün işləməsi üçün, Kanada Almaniyaya təmir edilmiş turbinini qaytaracaq. “Deutsche Welle”-nin məlumatına görə, bu barədə Kanadanın Təbii Sərvətlər naziri, Conatan Uilkinson bəyan etdi.
Vilkinsonun fikrincə, turbinin Almaniyaya qaytarılması Avropanın etibarlı və sərfəli enerji əldə etməsinə kömək edəcək, Avropa İttifaqı Rusiya neft və qazından imtina etməsinə qədər. Onun sözlərinə görə, Rusiyanın “Şimal axını” qaz kəmərinin fəaliyyətini dayandırması təhlükəsi var ki, bu da Almaniya iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyacaq və almanların özləri də təhlükə altında olacaqlar, çünki onlar qış zamanı evlərini qızdıra bilməyəcəklər.
İyunun əvvəlində “Qazprom” Almaniyaya qaz tədarükünü azaltdı. Şirkətdən bəyan etdilər ki, sanksiyalara görə Almaniyanın “Siemens” şirkəti təbii qazın verilməsi üçün zəruri olan turbinlərin təmiri üçün müvafiq hissələrin ötürülməsindən imtina etdi və bu, turbinlərin tam yüklə istismarını mümkünsüz etdi.
Kanadada təmir edilən turbin əvvəlcə Almaniyaya, Almaniya isə onu “Qazproma” təhvil verəcək ki, Rusiya dövlət şirkəti turbinlər mövzusunda spekulyasiyanı dayandırsın və müqavilədə nəzərdə tutulan həcmdə təbii qazın tədarükünü bərpa etsin.
“Deutsche Welle”-nin yazdığına görə, Kiyev Ottavanı turbinləri qaytarmamağa çağıdı və Berlini ittiham etdi ki, Rusiyanın şantajına uydu.