“Deutsche Welle” – İdxala tətbiq olunan Amerika rüsumlarının qüvvəyə minməsi fonunda, birjalarda Avropa şirkətlərinin səhmlərinin qiyməti aşağı düşüb
İdxala tətbiq olunan Amerika rüsumlarının qüvvəyə minməsi fonunda, birjalarda Avropa şirkətlərinin səhmlərinin qiyməti aşağı düşüb – bu haqda “Deutsche Welle” yazır.
Medianın yazdığı kimi, Avropa fond indeksləri günə nəzərəçarpacaq düşüşlə başlayıb.
“600 ən böyük Avropa şirkətini əhatə edən “STOXX Europe 600″ün indeksinin dəyəri ticarətin başlanğıcında 2,95% düşüb. Alman indeksi “DAX” isə günə 2,92% düşüşlə başlayıb, aprelin 7-dən sonra isə ümumilikdə 10% ucuzlaşıb.
Bununla yanaşı, xüsusilə Donald Trampın əczaçılıq şirkətlərinə qarşı əlavə “böyük” rüsumların tətbiqini elan etməsindən sonra Avropa əczaçılıq nəhənglərinin səhmlərinin qiymətləri də düşür. Alman “Redcare Pharmacy”nin səhmlərinin qiyməti 15,10%, İsveçrənin “Roche”nin 5,2%, “Novartis”in 6,05%, Danimarkanın “Novo Nordisk”in səhmləri 4,09% ucuzlaşıb.
Enerji şirkətlərinin səhmləri də ucuzlaşır. Qaz və neft sənayesi şirkətlərini əhatə edən “STXE 600″ün indeksi neftin qiymətinin son 4 ildə rekord ucuzlaşması fonunda 3,03% ucuzlaşıb.
Almaniyanın maliyyə naziri İorq Kuki bildirib ki, qiymətlərdə düşüş “heyrətləndirici sürətlə” baş verir.
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də dünyanın 180-dən çox ölkəsinə rüsumlar tətbiq edib. Rüsumlar bu gündən, aprelin 9-dan qüvvəyə minib. Avropa İttifaqına tətbiq edilən rüsumlar 20% təşkil edib. Avropa İttifaqında cavab tədbirləri ilə bağlı səsvermə bu gün keçirilməlidir, bundan sonra da aprelin 15-də qüvvəyə minəcək. Cavab rüsumları ehtimal ki, Amerikanın kənd təsərrüfatı məhsullarına, quş və mal ətinə, dəniz və süd məhsullarına, qoz-fındıq və şəkərə şamil ediləcək.