"Deutsche Welle" - Donald Tramp sentyabrın 4-də Parisdə planlaşdırılan "İstəklilər Koalisiyası"nın konfransı zamanı Volodimir Zelenski və görüşün digər iştirakçıları ilə telefonla danışacaq
"Deutsche Welle" - Donald Tramp sentyabrın 4-də Parisdə planlaşdırılan "İstəklilər Koalisiyası"nın konfransı zamanı Volodimir Zelenski və görüşün digər iştirakçıları ilə telefonla danışacaq

 

ABŞ Prezidenti Donald Tramp sentyabrın 4-də Parisdə planlaşdırılan “İstəklilər Koalisiyası”nın konfransı zamanı Volodimir Zelenski və görüşün digər iştirakçıları ilə telefonla danışacaq. Bu barədə “Deutsche Welle”yə Vaşinqtonda məsələ ilə bağlı məlumatlı mənbə deyib.

O bildirib ki, ehtimal ki, Parisdə Ukrayna nümayəndə heyətinin Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla görüşü baş tutacaq.

Daha əvvəl Almaniya hökumətinin nümayəndəsi məlumat yaymışdı ki, sentyabrın 4-də Parisdə planlaşdırılan “İstəklilər Koalisiyası”nın görüşündə ola bilsin ABŞ Prezidenti də hibrid rejimdə iştirak etsin.