“Deutsche Welle” – Almaniya hökuməti Vladimir Putinin Ukraynada atəşkəslə bağlı bəyanatlarının danışıqlarda gecikmə olduğunu deyir
Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin gecikdirmə taktikasından istifadə etdiyini bildirir. – Bu barədə “Deutsche Welle” yazır.
Almaniya Xarici İşlər Nazirliyi Rusiya prezidentinin Ukraynada atəşkəslə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını və bunun danışıqların ləngiməsi olduğuna inandığını bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünə görə, verilməli olan sual belədir: “Davamlı atəşkəs və nizamlama istiqamətində çalışan tərəflərin ciddi marağı varmı?”
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Putin bilərəkdən sülh danışıqlarına razılıq vermir. Berbokun sözlərinə görə, ABŞ və Ukrayna arasında əldə olunan 30 günlük atəşkəs razılaşması “əhəmiyyətli addımdır”.