Deutsche Welle – ABŞ hökumət mənbəsinin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri may ayında Çində gizli səfərdə olub
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri, Uilyam Barns ötən ay Çində gizli səfərdə olub.
ABŞ hökumət mənbəsinin məlumatına görə, ABŞ kəşfiyyat xidmətinin rəhbəri Çinli həmkarı ilə görüşdü və kəşfiyyat kanallarında açıq rabitə xətlərinin saxlanmasının vacibliyini xüsusilə qeyd etdi.
Eləcə də məlum olur ki, Uilyam Barns yalnız Çinli həmkarları ilə görüşdü və siyasi rəhbərliklə görüş olmayıb.
Pekin və Vaşinqton arasındakı əlaqələr son aylarda Tayvan, eləcə də Pekinin Cənubi Çin dənizində artan hərbi fəaliyyəti və Çinin Rusiya ilə sıx əlaqələri səbəbindən gərginləşdi.