"Deutsche Bahn" Ukrayna taxılının Almaniya limanlarına daşınmasına başlayacaq
"Deutsche Bahn" Ukrayna taxılının Almaniya limanlarına daşınmasına başlayacaq

“Deutsche Bahn” Almaniya dəmir yolu konserni Ukrayna taxılının Almaniya limanlarına daşınmasına başlayacaq. “Deutsche Welle”-nin məlumatına görə, bu barədə konsernin törəmə şirkəti olan “DB Cargo”-nun rəsmi nümayəndəsi bəyan etdi.

Onun dediyinə görə, taxılın Almaniya limanlarına daşınmasında məqsəd onların daha sonra başqa ölkələrə göndərilməsidir. Bunun üçün konsern humanitar yardımın çatdırılması üçün yaradılmış şəbəkəni transformasiya etməyi planlaşdırır.

Taxıl Rostok və Hamburq limanlarına, həmçinin Bremerhaven yaxınlığında yerləşən Brek limanlarına göndəriləcək. Yüklərin böyük hissəsi Almaniyaya, Ukrayna ilə uzun sərhədi olan və kənd təsərrüfatı məhsullarının daşınması üçün lazımi infrastruktura malik Rumıniyadan keçməklə aparılacaq. Yüklərin bir hissəsinin Polşa ərazisindən də daşınması planlaşdırılır.

“Mümkün qədər çox taxılın daşımasına çalışacağıq”, – “DB Cargo”-nun rəsmi nümayəndəsi bəyan etdi, lakin konkret həcmləri açıqlamayıb.