Deputat Levan Qoqiçaişvili və onun həyat yoldaşında koronavirus təsdiq olundu
Gürcüstan Parlamentinin deputatı, “Müstəqil Deputatlar” fraksiyasının üzvü, Deputat Levan Qoqiçaişvili və onun həyat yoldaşı, jurnalist Vika Bukiyada koronavirus təsdiq olundu.
Bu barədə Vika Bukiya sosial şəbəkədə yazır. Bukiyanın bəyan etdiyinə görə, onların yoluxma mənbəsi məlum deyil.
Elə onun dediyinə görə, kontaktların araşdırlması aparılır.
“Dostlar və həmkarlarım, təsdiq edirəm. Sadəcə fiziki olaraq bu qədər sms və zənglərə cavab vermək mümkün deyil. Özümü yaxşı hiss edirəm. Yalnız, son günlər ərzində sıx əlaqədə olduğum insanların dərdini çəkirəm. Bu kontakların mütləq tədqiqatı baş verməlidir. Mənbə tamamilə naməlumdur. Heç bir şübhəli klasterlə əlaqəmiz olmayıb. Çalışacağıq ki, bunu da araşdıraq. Hamıya təşəkkürlər”, – Vika Bukiya yazır.