Dennis Şmiqal - Mariupol yenilməyib, bütün beynəlxalq partnyorlardan xahiş edirik, orada humanitar fəlakətin qarşısını almağa yardım etsinlər
Dennis Şmiqal - Mariupol yenilməyib, bütün beynəlxalq partnyorlardan xahiş edirik, orada humanitar fəlakətin qarşısını almağa yardım etsinlər

Mariupolda böyük humanitar fəlakət var, bütün beynəlxalq partnyorlardan xahiş edirik, bu humanitar fəlakətin qarşısını almağa kömək etsinlər, – bu bardə “ABC News” telekanalına müsahibəsində Ukraynanın baş naziri, Denis Şmiqal bəyan etdi.

Onun dediyinə görə, Mariupol yenilməyib.

“Orada bizim hərbçilərimiz, döyüşçülərimiz var və onlar sonuna qədər vuruşacaqlar. Onlar yenə də Mariupolda qalırlar. Lakin orada böyük humanitar fəlakət var, çünki 100 000-dən çox dinc sakin bu mühasirəyə alınmış şəhərdə 40 gündən çox əziyyət çəkir. Su, yemək, isitmə və işıq yoxdur. Bütün beynəlxalq partnyorlardan xahiş edirik, orada humanitar fəlakətin qarşısını almağa yardım etsinlər”, – Şmiqal bəyan etdi.

Azov Dənizinin ən böyük liman şəhəri olan və 100 minə qədər adamın qaldığı Mariupol bir neçə həftədir ki, Rusiya qüvvələrinin mühasirəsindədir.