Dənizçilərin tətili səbəbindən Yunanıstanın yeddi adası xarici aləmdən təcrid olunub

23:00, 30.10.2026

 

Dənizçilərin tətili səbəbindən Yunanıstanın adaları xarici aləmdən təcrid olunmuş vəziyyətə düşüb.

Tətil yeddi limanı əhatə edib, bərələrin gediş-gəlişi faktiki olaraq dayandırılıb və bu səbəbdən yüzlərlə turist hərəkət edə bilmir.

Yerli medianın məlumatına əsasən, dənizçilərin həmkarlar ittifaqları əməkhaqlarının 12% artırılmasını, iş və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasını, iş gününün yeddi saatadək azaldılmasını, silahlı münaqişələrin olduğu regionlara isə döyüş əməliyyatları zonası statusunun verilməsini və bu bölgələrə dənizçilərin göndərilməsinin dayandırılmasını tələb edirlər. Həmçinin onların tələbi ticarət-kommersiya gəmiləri ilə hərbi sursatların daşınmasına son qoyulmasıdır.

Tətil Pirey, Rafina, Lavrio, Patras, İqumenitsa, Elefsina və Rio-Antirio limanlarına şamil olunur.

Oxşar