Dəniz Nəqliyyatı Agentliyi - Rusiya bayrağı altında üzən “Midvolga 2” gəmisinin Gürcüstanın dəniz limanına gəlməkdə olması haqda yayılmış məlumat heç bir fakta əsaslanmır
Dəniz Nəqliyyatı Agentliyi - Rusiya bayrağı altında üzən “Midvolga 2” gəmisinin Gürcüstanın dəniz limanına gəlməkdə olması haqda yayılmış məlumat heç bir fakta əsaslanmır

 

Rusiya bayrağı altında üzən “Midvolga 2” gəmisi Gürcüstanın dəniz limanlarına daxil olunacaq gəmilər siyahısında nə olub, nə də indi var. Həmçinin, Milli Dəniz “vahid pəncərə” sistemində (NMSW) qeyd olunan gəminin yaxınlaşması barədə heç bir bildiriş yoxdur — bu haqda Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında deyilir.

Bəyanata əsasən, qeyd olunan gəminin Gürcüstanın dəniz limanına gəlməkdə olması haqda yayılmış məlumat heç bir fakta əsaslanmır.

“Dəniz Nəqliyyatı Agentliyi Türkiyə sahilindən 80 kilometr aralıda hücuma məruz qalması haqda məlumatın yayıldığı Rusiya bayrağı altında üzən “Midvolga 2” (IMO 9735139) gəmisi ilə bağlı açıq mənbələrdə yayılmış məlumata münasibət bildirir. Eyni mənbələrdə gəminin təyinat limanı kimi Gürcüstan limanlarından bəhs olunur. Publik hüquqi şəxs “Dəniz Nəqliyyatı Agentliyi” tərəfindən yoxlanılmış məlumata əsasən, qeyd olunan gəmi Gürcüstanın dəniz limanlarına daxil olunacaq gəmilər siyahısında nə olub, nə də indi var. Həmçinin, Milli Dəniz “vahid pəncərə” sistemində (NMSW) qeyd olunan gəminin yaxınlaşması barədə heç bir bildiriş yoxdur. Müvafiq olaraq, qeyd olunan gəminin Gürcüstanın dəniz limanına gəlməkdə olması haqda yayılmış məlumat heç bir fakta əsaslanmır” – Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, türk tərəfi, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya bayrağı altında üzən tankerə hücum edilməsi haqda məlumat yayıb.