Dəniz Nəqliyyatı Agentliyi - Gürcüstan limanlarına gəmilərin girişi ciddi nəzarətdədir, limanlardan, o cümlədən üçüncü dövlətlər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilmir
Dəniz Nəqliyyatı Agentliyi - Gürcüstan limanlarına gəmilərin girişi ciddi nəzarətdədir, limanlardan, o cümlədən üçüncü dövlətlər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilmir

Panama bayrağı altında üzən KAYSERI gəmisi 2025-ci il oktyabrın 6-7-də Qulevi dəniz limanında olub, gəmi beynəlxalq sanksiyalar altında deyil və sanksiya qoyulmuş heç bir subyektlə əlaqəli şirkətlərin siyahısında yoxdur, – bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında qeyd olunub.

Agentlik, “Reuters”in yaydığı məlumata münasibət bildirir ki, “oktyabrın 6-da “Kayseri” tankeri Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Qulevi neft terminalına 105 340 ton Rusiya “Sibir yüngül” sinifli nefti gətirib”.

“Gəminin mülkiyyəti və idarəetmə zəncirində olan bütün şirkətlər, eləcə də onun sığortası və təsnifat cəmiyyəti qüvvədə olan beynəlxalq normalara və qaydalara uyğundur, müvafiq olaraq beynəlxalq sanksiyalar altında deyil. Yuxarıda qeyd olunanlara əsaslanaraq, sonrakı gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi məqsədilə yük müvəqqəti saxlanc gömrük anbarında boşaldılıb. Gəmi beynəlxalq marşrutlarda, o cümlədən Asiya və Yaxın Şərq limanlarında fəaliyyət göstərir və onun fəaliyyəti beynəlxalq dəniz təcrübəsinə və ticarət qaydalarına tamamilə uyğundur”, – bəyanatda qeyd olunur.

Dəniz Nəqliyyatı Agentliyində bildirildiyi kimi, Gürcüstan limanlarından, o cümlədən üçüncü dövlətlər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilmir.

“Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi bir daha təsdiq edir ki, Gürcüstanın bütün limanlarına gəmilərin girişi beynəlxalq hüquqa və milli qanunvericiliyə tam riayət etməklə ciddi nəzarətdədir. Gürcüstan limanlarından, o cümlədən üçüncü dövlətlər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilmir. Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi koordinasiyalı şəkildə, daimi rejimdə həm gəmilərin, həm də gəmi sahiblərinin beynəlxalq sanksiyalara münasibətdə yoxlanılmasını həyata keçirir və gəmi və ya gəmi sahibi sanksiya siyahısındadırsa, ona Gürcüstan limanlarına daxil olmaq və gömrük prosedurlarını həyata keçirmək hüququ verilmir”, – bəyanatda deyilir.