Denis Şmıhal – Gələn il Ukraynaya müdafiə xərcləri üçün ən azı 120 milyard dollar lazım olacaq, bu məbləğin yarısını müttəfiqlərin yardımı ilə cəlb etmək üzərində işləyirik
Ukraynaya gələn il müdafiə xərcləri üçün ən azı 120 milyard dollar lazım olacaq – bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıhal özünün Telegram kanalında yazır.
Şmıhalın qeyd etdiyinə görə, bu məsələ ilə bağlı Ukrayna artıq Avropa İttifaqı və NATO ölkələri ilə danışıqlar aparır.
“Gələn il müdafiəyə ən azı 120 milyard dollar lazım olacaq. Biz bu məbləğin yarısını müttəfiq ölkələrin yardımı ilə cəlb etmək üzərində işləyirik. Artıq Avropa İttifaqı və NATO üzvü olan ölkələrlə məqsədyönlü danışıqlar aparırıq,” – deyə Denis Şmıhal bildirir.