Denis Şmiqalın bəyan etdiyinə görə, Ukraynanın əks-hücumunun yayda başlaması mümkündür

11:07, 12.04.2023

Ukrayna baş naziri, Denis Şmiqalın bəyan etdiyinə görə, Ukraynanın əks-hücumunun yayda başlaması mümkündür. Şmiqal bu barədə Amerikanın “Hill” nəşrinə müsahibəsində bəyan etdi.

Şmiqal bu gün Vaşinqtona səfər etdi.

Ukrayna baş nazirinin dediyinə görə, partnyorlar tərəfindən Ukraynaya əks-hücuma başlamaq üçün heç bir təzyiq həhyata keçirilmir.

“Bütün dostlarımız və partnyorlarımız aydın başa düşür ki, əks-hücum üçün 100% və artıq hazır olmaq lazımdır”, – Şmiqal bəyan etdi.

Müsahibəsində Ukrayna baş naziri həmçinin bəyan etdi ki, Pentaqonun məxfi sənədlərinin sosial şəbəkələrdə yayılması Ukraynanın öz torpaqlarını azad etməsinə mane olmayacaq.

“Biz dəfələrlə demişik ki, bunu edə bilərik. Biz beynəlxalq partnyorlarda tanklar, sursatlar, təyyarələr, zirehli maşınlar kimi daha çox hərbi imkanlar istəyirik”, – Şmiqal qeyd etdi.

 

Oxşar