Denis Şmıqal Ukraynanın Baş naziri vəzifəsindən istefa verib. O, istefa barədə bəyanatı yazılı şəkildə təqdim edib və öz “Telegram” kanalında yayımlayıb.
“O döyüşçülərə təşəkkür edirəm ki, cəbhədə vuruşur və Ukraynanı qoruyurlar. Ukrayna Prezidentinə – Volodimir Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edirəm. Bütün komandama – ölkəmizin rifahı naminə göstərilən yorulmaz əməyə görə təşəkkürlər. Şan olsun Ukraynaya”, – deyə Denis Şmıqal yazıb.
Qeyd edək ki, 15 iyul tarixində Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini irəli sürüb. Sviridenko hazırda vitse-premyer postunu tutur. Mətbuatın məlumatına görə, gözlənilir ki, Denis Şmıqal Ukraynanın müdafiə naziri olacaq, hazırkı müdafiə naziri Rustem Umerov isə ABŞ-da Ukraynanın səfiri təyin olunacaq.