Denis Şmiqal – Rusiya cəmiyyəti üçün soyuq duş lazımdır, məsələn, turistlər və tələbələr üçün viza məhdudiyyətləri
Bəzi rusların burada insanları öldürdüyünü, zorladığını, digər hissəsinin isə, Qərbdə mükəmməl yaşadığını, səyahətlərə çıxmasını görmək bizim üçün dözülməzdir, dolçe vita, – Bu barədə Ukraynanın baş naziri, Denis Şmıqal Almaniya agentliyinə müsahibəsində bəyan etdi.
Denis Şmiqalın qeyd etdiyi kimi, rusları yaxşı və pis ruslara bölmək olmaz.
“Təəssüflər oslun sorğular göstərir ki, Rusiya əhalisinin təxminən 80 faizi bizə qarşı müharibəni dəsətkləyir. Təəssüf ki, bu təkcə Putinin müharibəsi deyil. Ukraynaya qarşı 200 min rus əsgəri döyüşür. Hətta ailələri də buna qarşı heç nə demirlər. Rusiya əhalisi, ümumiyyətlə, bu müharibəni dəstəkləyir. Rusiya cəmiyyəti üçün soyuq duş lazımdır, məsələn, turistlər və tələbələr üçün viza məhdudiyyətləri”, – Şmıqal bəyan etdi.