Demokratlar ABŞ Nümayəndələr Palatasının spikerliyinə Hakim Cefrisin namizədliyini irəli sürüblər

21:56, 18.11.2026

 

Demokratlar ABŞ Nümayəndələr Palatasının spikerliyinə Hakim Cefrisin namizədliyini irəli sürüblər.

“Reuters”in yazdığı kimi, qərar bu gün qapalı qapılar arxasında, gizli səsvermə yolu ilə qəbul edilib.

Cefrisin ABŞ tarixində Nümayəndələr Palatasının ilk qaradərili spikeri olmaq imkanı var.

Spikerin seçilməsi üçün 218 səs lazımdır. Demokratların yeni Konqresdə ən azı 257 mandatı olacaq, lakin bir neçə seçki dairəsində qalib hələ də müəyyənləşməyib.

Bundan əvvəl hazırkı spiker Mayk Conson azlığa keçdikdən sonra respublikaçılara liderlik etməyi artıq planlaşdırmadığını bəyan etmişdi.

Oxşar