Demokrat senator Tim Kein Donald Tramp tərəfindən Kanadaya rüsumların tətbiqinin dayandırılmasını nəzərdə tutan qətnaməni Senatda təqdim edib

22:42, 01.04.2025

 

 

Demokrat senator Tim Kein ABŞ Prezidenti Donald Tramp tərəfindən Kanadaya rüsumların tətbiqinin dayandırılmasını nəzərdə tutan qətnaməni Senatda təqdim edib.

Senator Kanadanın Amerikanın düşməni deyil, dostu və müttəfiqi olduğunu bildirib.

Qətnamə ilə bağlı səsvermə bu gün keçirilməli idi, lakin senatorun qeyd etdiyi kimi, ehtimal ki, aprelin 2-də keçiriləcək. O, səsvermənin nəticəsini proqnozlaşdırmağın çətin olduğunu deyib.

Qətnamə Senatda təsdiqlənərsə, Nümayəndələr Palatasında da onu dəstəkləməlidirlər. Hər iki palataya isə respublikaçılar nəzarət edirlər.

Eyni zamanda, Donald Tramp sosial şəbəkədə yazıb ki, Kein “Kanadadan daxil olan ölümcül fentanil üçün əhəmiyyətli rüsumları dayandırmağa çalışır”. O, Demokratların qələbəsinin “Respublikaçılar Partiyası və ən əsası, Amerika Birləşmiş Ştatları üçün dağıdıcı olacağını” bildirib.

Oxşar