Demokrat Qreqori Miks ABŞ və Rusiya arasında dırnaqarası Dizel sazişinin dayandırılmasını nəzərdə tutan iki partiyalı qanun layihəsi təqdim edib

12:41, 17.10.2026

 

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat Qreqori Miks ABŞ və Rusiya arasında dırnaqarası Dizel sazişinin dayandırılmasını nəzərdə tutan iki partiyalı qanun layihəsi təqdim edib.

Qanun layihəsi “Rus nefti haqqında korrupsiyalaşmış sövdələşmələrin qadağan edilməsi aktı” adlanır və rus dizel yanacağının satın alınması və idxalına dair Tramp və Putin sazişini bloklamaq məqsədi daşıyır.

Sənədə əsasən, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına Rusiyanın energetika sektoruna sərmayə qoymaq qadağan edilir. Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən verilmiş ümumi lisenziyalar ləğv edilir, gələcəkdə isə onların verilməsi qadağan olunur. Qanun layihəsi Tramp administrasiyasına Rusiyanın energetika sektoruna qarşı sanksiyalar tətbiq etmək öhdəliyi də qoyur.

Qanun layihəsinin müəllifi Qreqori Miksin sözlərinə əsasən, saziş amerikalıların xərclərini azaltmayacaq, çünki onlar Donald Trampın İranda başlamağa qərar verdiyi müharibənin bədəlini onsuz da ödəyirlər.

“Bu, ukraynalı dinc sakinləri cəzasız olaraq qətlə yetirməyə davam etməsi üçün Putinə milyonlarla dollar verəcək” – konqresmen açıqlayıb.

Oxşar