Demokrat konqresmen Al Qrin Trampın impiçmenti məsələsini qaldırmağı planlaşdırdığını bildirir
Demokrat konqresmen Al Qrin Donald Trampın impiçmenti məsələsini qaldırmağı planlaşdırır. Bu haqda “Axios” yazır.
Palatanın iclasında çıxışı zamanı Qrin ABŞ Prezidentinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının Qəzza sektoruna görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu qeyd etdiyi bəyanatına görə Trampı tənqid edib.
“Qəzzada etnik təmizləmə zarafat deyil, xüsusən də bu, ABŞ Prezidentinin dilindən səslənəndə. Mən bəyan edirəm ki, prezidentin impiçmenti üçün hərəkat başladı. Mən prezidentə qarşı impiçmentin maddələrini təqdim edəcəyəm” – Qrin bildirib.
Ağ Evdə bu məsələni şərh etməyiblər.